Makron və Silvanın "romantik" görüşü - FOTOLAR


Fransa lideri Makron və Braziliya lideri Silvanın pozaları sosial medianı silkələyib. İstifadəçilər iki liderin şəkillərini “toy albomu” ilə müqayisə edərkən, Makron da şərhlərə qoşularaq “Fransa Braziliyanı, Braziliya isə Fransanı sevir” deyib.

Turkustan.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron rəsmi səfəri çərçivəsində getdiyi Braziliyada prezident Lula da Silva ilə görüşüb.

Mətbuata təqdim edilən fotolarda iki liderin davamlı olaraq əl-ələ tutduqları, günəş altında qayıqda gülümsəyərək pozalar verdiyi və tez-tez qucaqlaşdıqları görülüb.

İki liderin intim pozaları sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb və şərh fırtınasına səbəb olub.

İstifadəçilər iki liderin pozalarını toy fotoları və romantik komediya səhnələri ilə müqayisə ediblər. "Onlar Amazonda evlənəcək və bal ayı üçün Parisə gedəcəklər" dedi şərhçilərdən biri . Başqa bir istifadəçi isə toy albomunun fotoşəkillərlə hazırlana biləcəyini söyləyib.

Britaniyanın “Guardian” qəzeti də Makronun Braziliyaya səfərini yumoristik şəkildə şərh edib: “Rəsmi fotolara əsasən, Emmanuel Makronun Braziliyaya üç günlük səfəri beynəlxalq diplomatiyadan qat-qat romantik bir qaçış idi”.

Sosial mediada "toy albomu" şərhlərinə səssiz qala bilməyən Fransa lideri "La La Land (Aşiqlər Şəhəri)" filminin afişasını paylaşaraq, " Biri bizim şəkillərimizi evliliklə müqayisə etdi. Onlara dedim ki, bəli. , toy idi. Fransa Braziliyanı, Braziliya isə Fransanı təmsil edir."

Makron da öz postunda Lulanı işarələyib və braziliyalı həmkarına təşəkkür edib.

Makronun prezident kimi ilk səfəri münasibətlərin dibə vurmasından sonra Fransa-Braziliya tərəfdaşlığının canlanması üçün kritik əhəmiyyət kəsb edir.

İki ölkə Amazon tropik meşələrini qorumaq üçün 1 milyard avroluq investisiya proqramını açıqlayarkən, Makron ikitərəfli görüşdən sonra keçirdiyi ortaq mətbuat konfransında "Bu gün əlaqələrimizdə yeni səhifə açırıq" dedi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ