Yunanıstanı qorxudan hadisə: Türkiyəni dayandırmaq üçün...


Yunanıstanın müdafiə naziri Nikos Dendias, Türk İHA və PUA-larının qarşısını almaq üçün zenit və pilotsuz uçuş aparatlarının yaradılması lazım olduğunu və bu proqram üçün 2 milyard avro ayrıldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyənin gəmi və pilotsuz təyyarə proqramlarına diqqət çəkərək, zenit və pilotsuz uçuş aparatlarının yaradılması üçün 2 milyard avro ayrıldığını açıqlayıb.

ürkiyənin müdafiə sənayesindəki irəliləyişləri və lokallaşdırma hərəkətləri qonşu Yunanıstanın diqqətini cəlb etməkdə davam edir. Salonikidə keçirilən “Beyond 2024” sərgisində çıxış edən Yunanıstanın müdafiə naziri Dendias Türkiyənin PUA-larının qarşısını almaq üçün zenit və pilotsuz uçuş aparatlarının yaradılması lazım olduğunu bildirib. Nazir Dendias baha başa gələn proqram üçün 2 milyard avro ayrıldığını açıqlayıb.

Türkiyənin gəmi və pilotsuz təyyarə proqramlarına diqqət çəkən Dendias, "Məsələn, qonşumuz Türkiyənin gəmiqayırma proqramına baxın. Pilotsuz təyyarə proqramına baxın. Onlara məntiqli cavab vermək lazımdır. Mən demirəm ki, bir yerə girək. Yarışmada kimin birinci gələcəyini görmək istəyirik, eynilə özümüzü müdafiə etmək istəyirik "Biz də çəkindirmə qabiliyyətinə sahib olmaq istəyirik."

Yunanıstanlı nazir , "Bu, Yunanıstan Silahlı Qüvvələrində indiyə qədər həyata keçirilən ən böyük islahatdır" deyərək sözlərinə davam edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ