Dəhşətli qəzada Aytənin günahı olub? - Özü danışdı


Bir müddət əvvəl avtomobil qəzası keçirmiş Xəzər TV-nin aparıcısı Aytən Səfərovanın səhhətində irəliləyiş var. Aparıcı qəza keçirdiyi ilk günlərlə müqayisəyədə indi özünü daha yaxşı hiss edir.

Bu barədə Yenisabah.az-a ANS-in sabiq əməkdaşlarından biri məlumat verib. Keçmiş iş yoldaşı Aytən Səfərovanı tez-tez ziyarət etdiyini bildirib.

“İndi daha yaxşıdır, qabırğalarındakı ağrıları nəzərə almasaq, səhhətində heç bir fəsad qalmayıb. Yəqin ki, yaxın 1 həftə, 10 gün ərzində evə buraxılacaq”.

O, Aytən Səfərovanın məlum AYxan Əliyev adlı gəncin həyatını itirməsinə görə, dərin sarsıntı keçirdiyini bildirib.

Aparıcı baş vermiş qəzada özünün hər hansı məsuliyyətinin olmadığının istintaq nəticəsində aydınlaşacağına əmindir.


MANŞET XƏBƏRLƏRİ