Qassam Briqadaları İsrail əsgərlərini öz silahları ilə vurdular


Qəssam Briqadaları İsrailin partlamamış F16 raketlərindən istifadə edərək bir qrup İsrail əsgərini pusquya salıb. Hücumda çoxlu İsrail əsgəri həyatını itirib.

Turkustan.az xəbər verir ki, HƏMAS-a bağlı İzzəddin Əl-Qəssam Briqadaları Qəzza zolağının cənubundakı Netzarimdə İsrail əsgərlərinin komandanlıq qərargahını bombaladıqlarını və İsrail döyüş təyyarələri tərəfindən atılan F16 raketlərindən istifadə edərək pusquda qaldıqları bir qrup əsgəri öldürdüklərini açıqladılar.

Qəssam Briqadaları tərəfindən həyata keçirilən hücumda çox sayda İsrail əsgəri şəhid olub, onlarla İsrail əsgəri yaralanıb. Sözügedən hücumdan sonra İsrail hava qüvvələrinə məxsus helikopterlər yaralı əsgərləri xəstəxanalara çatdırmaq üçün çoxlu uçuşlar həyata keçirib.

Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde hücumla bağlı verdiyi açıqlamada, "İsrail qüvvələrinin mülki şəxslərə atəş açdığı, lakin partlamadığı F16 raketlərindən istifadə edərək bir qrup işğalçı İsrail qüvvələrini minalarla pusquya saldıq" dedi.

Digər tərəfdən, İsrailin oktyabrın 7-dən bəri hücum etdiyi Qəzzada fələstinlilərin son sığındığı Rəfah şəhəri üçün həyəcan təbili çalır. İsrail Baş Qərargah rəisi Herzi Halevi bu yaxınlarda Qəzzada müharibənin davam etdirilməsi planlarını təsdiqləyib. İsrail mətbuatı İsrail ordusunun 1,5 milyon Qəzzalının sığındığı Rəfah şəhərinə hücumu təsdiqlədiyini açıqlayıb.

İsrailin “Walla” saytında yer alan xəbərə görə, Baş Qərargah rəisinin danışıqlar zamanı Qəzza zolağının cənubunda yerləşən Rəfahın işğalı ilə bağlı əməliyyat planlarını təsdiqlədiyi bildirilib. İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich də bu gün verdiyi açıqlamada, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin Rəfahı işğal etmədikcə mövcud olmağa haqqı olmadığını bildirib.

Fələstin prezidenti Mahmud Abbas Qəzzadan qaçan bütün fələstinlilərin Rəfahda toplaşdığını ifadə edərək, "Fələstin xalqının tarixində ən böyük fəlakətin baş verməsinə yalnız bir kiçik zərbə qalıb. İsrail keçən həftə Rəfəhə hava hücumlarını artırdı. Önümüzdəki günlərdə İsrailə Refaha hücum edərək nə olacağı bəlli olacaq."

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ