Təyyarənin pəncərəsində UFO peyda oldu – FOTO


ABŞ-ın Nyu-York ştatının düz üzərində qara silindrə bənzəyən UFO-nu qeydə alan gənc qadın dünya mediasında böyük səs-küyə səbəb olub.

Turkustan.az xəbər verir ki, Keçən yay NASA səmada qeydə alınan naməlum obyektlərlə bağlı panel müzakirəsi keçirdi. ABŞ Aviasiya və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tərəfindən "naməlum hava hadisələri" adlanan və daha çox UFO kimi tanınan naməlum uçan cisimləri araşdırmaq üçün qurulan panel, qurulduğu gündən bəri tapıntıları ABŞ ilə bölüşmək üçün ilk ictimai toplantısını keçirdi ilk dəfə UFO-ların varlığını etiraf edib.

ABŞ mətbuatına əks olunan yeni xəbərdə Mişel Reyes adlı qadının şahidi olduğu görüntü sensasiyaya səbəb olub. Nyu York'un üzerinde ilerlerken camdan dışarı bakan bir çocuk annesi, hemen telefonuna sarıldı ve o anları kayda aldı. Siyah ve silindire benzeyen ne olduğu tespit edilemeyen UFO için Federal Havacılık İdaresi devreye girdi.

ABŞ-da bir televiziya kanalına gördüklərini izah edən Reyes, mövzu ilə bağlı verdiyi açıqlamada "Görüntünü digər sərnişinlər də gördü" deyən Reyes, hətta sözügedən video qeydini keçmiş ABŞ əsgəri atasına da göndərdiyini ifadə edib.

Dünyaca məşhur UFO detektivi Ben Hansen sosial mediada verdiyi açıqlamada "Bunun real olmadığına dair heç bir dəlil tapmadıq, bu qeyri-adi bir vəziyyətdir" dedi.

ABŞ-da indiyədək on minlərlə UFO görülüb, bu UFO-ların bəziləri hökumətə məxsus hərbi texnologiyalardır, lakin bəziləri hələ də məlum deyil. Hətta Pentaqonun açıqladığı məxfi məlumatlarda da naməlum UFO-ların olduğu yazılıb. Bundan əlavə, Vaşinqton administrasiyası son böyük UFO narahatlığını bir neçə ay əvvəl yaşadı. Çinin göndərdiyi gizli şarlar heç bir radar və ya hava hücumundan müdafiə sistemlərinə görünmədən səmada müşahidələr aparıb. ABŞ ordusu bu şarları F-22 döyüş təyyarələri ilə vurub.

Təyyarənin pəncərəsində bir UFO göründü, bunun nə olduğunu müəyyən etmək mümkün olmadı, şəhər üzərində şokedici mənzərə

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ