Rusiya ilə Qərb arasında zəbt qarşıdurması


ABŞ Konqresinin ölkədəki Rusiya aktivlərinə həbs qoyulması və Ukraynanın xeyrinə istifadə edilməsi ilə bağlı qərarından sonra Rusiya lideri Putin bir gün əvvəl imzaladığı fərmanla iki Avropa şirkətinin Rusiya zavodlarını Rusiyaya keçirib.

Turkustan.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibənin üçüncü ilində tam gücü ilə davam edərkən, Qərb texnologiyalarına əsaslanan istehsalda böyük çətinliklər yaşamağa başlayan Rusiya xarici fabrikləri ələ keçirməyə başladı. Ötən gün mübahisəli fərman imzalayan Rusiya lideri Vladimir Putin müharibədən əvvəl Almaniyanın “Bosch” və İtaliyanın “Ariston” şirkətlərinə məxsus fabriklərin 100 faizini Rusiyanın “Qazprom Məişət Sistemləri ASC” şirkətinə verib.

Fərmana səbəb kimi Rusiyanın “Qazprom” şirkətinin ölkə daxilində ehtiyac duyulan məişət texnikası istehsalına başlaması göstərilib. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayanda yüzlərlə Qərb şirkəti kimi Bosch və Ariston da Rusiyadakı fəaliyyətlərini dondurdu və öz obyektləri üçün müştərilər axtarmağa başladı. Avropa Birliyi Putinə Rusiyanın bu addımının beynəlxalq hüququn pozulması olduğunu xatırladıb və Putindən geri çəkilməsini tələb edib. İtaliya Rusiyanın Romadakı səfirini də Xarici İşlər Nazirliyinə çağırıb.

Putinin imzaladığı fərman Rusiya ilə Qərb arasında Rusiyanın aktivlərinə dair müzakirələrin bir hissəsi kimi qiymətləndirilir. Ötən həftə ABŞ Konqresi Rusiyaya məxsus 6 milyard dollara yaxın pulun müsadirə edilərək Ukraynanın xeyrinə istifadə edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqlədi və Rusiya hakimiyyəti bu qərara reaksiya verdi. Rusiyanın 300 milyard dollara yaxın aktivi Aİ-nin nəzarəti altındadır. Ekspertlər xəbərdarlıq edir ki, Rusiya ilə Qərb arasında aktivlərin müsadirəsi ilə bağlı qarşıdurma qlobal əks-səda doğuracaq.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ