Blinken Səudiyyə Ərəbistanından sonra bu ölkələrə səfər edəcək


ABŞ dövlət katibi Antoni Blinkenin Səudiyyə Ərəbistanından sonra İordaniya və İsrailə səfər edəcəyi və Qəzzada girovların azad edilməsi və atəşkəsin yaradılması ilə bağlı danışıqlar aparacağı bildirilib.

Turkustan.az xəbər verir ki, Diplomatik təmaslar üçün Səudiyyə Ərəbistanına gedən ABŞ dövlət katibi Antoni Blinkenin növbəti dayanacaqları məlum olub.

ABŞ Dövlət Departamentindən verilən açıqlamada Blinkenin çərşənbə gününə qədər davam edəcək Yaxın Şərq turu çərçivəsində İordaniya və İsrailə səfər edəcəyi bildirilib. Qəzzada girovların azad edilməsi və atəşkəsin yaradılması səylərini müzakirə edəcək Blinkenin bölgəyə çatdırılan humanitar yardımların artırılmasının davam etdirilməsinin vacibliyini vurğulayacağı bildirilib. “Nazir, həmçinin münaqişənin yayılmasının qarşısının alınmasının vacibliyini vurğulayacaq və regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, o cümlədən İsrailin təhlükəsizliyinə zəmanət verən müstəqil Fələstin dövlətinə gedən yolu müzakirə edəcək”, - deyə məlumatda bildirilir.

Yaxın Şərq turunun ilk dayanacağı Səudiyyə Ərəbistanı olan Blinkenin Körfəz Əməkdaşlıq Şurası Nazirlər Toplantısına və Dünya İqtisadi Forumunun Qlobal Əməkdaşlıq, böyümə və inkişaf üçün enerji mövzusunda xüsusi toplantısına qatılacağı bildirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ