Moskvada ələ keçirilən Alman Leopard tankı nümayiş etdirildi


Kiyevin uzun hazırlıqlara baxmayaraq uğursuz əks-hücumda ümid bağladığı Alman tankı “Leopard”ın paytaxt Moskvaya gətirilərək sərgilənməyə başladığı bildirilib.

Turkustan.az xəbər verir ki, Kiyevin uzun hazırlıqlara baxmayaraq uğursuz əks-hücumda ümid bağladığı Alman tankı “Leopard”ın paytaxt Moskvaya gətirilərək sərgilənməyə başladığı bildirilib.

Sputnik Türkiyə xəbərinə görə, Marder tipli zirehli döyüş maşını Rusiya ordusu tərəfindən ələ keçirilən ən son model Alman Leopard 2 tankı ilə birlikdə paytaxt Moskvadakı Zəfər Parkında (Park Pobedi) sərgilənməyə başlayıb.

“Marder” döyüş maşınının və “Leopard” tankının üzərində Almaniya bayrağının olduğu görülərkən, “Leopard 2” tankının Rusiya hərbçiləri tərəfindən son həftələrdə Avdeyevka rayonundan Mərkəzi Hərbi Dairənin təmir hissəsinə gətirildiyi açıqlanıb .

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ