Bayden İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təkrar etdi


Ağ Ev Qəzzada böyük dağıntının əsas memarlarından biri olan Bayden Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığının təfərrüatlarını paylaşıb. ABŞ-ın İsrailə dəstəyini təkrarlayan bəyanatda Qəzzaya humanitar yardım məsələsinin də müzakirə edildiyi bildirilib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Netanyahu ilə telefon danışığı aparıb. Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden Netanyahu ilə telefon danışığında İsrailin təhlükəsizliyinə bağlılığını vurğulayıb.

Bayden və Netanyahu Qəzzada məhbusların azad edilməsi və dərhal atəşkəslə bağlı danışıqları müzakirə ediblər.

İki lider Qəzzaya humanitar yardımın artırılması və yardım üçün yeni keçidlərin açılması məsələsini də müzakirə ediblər.

Bayden, Rəfaha hücumla bağlı mövqeyini təkrarlayaraq, humanitar yardımların artırılması istiqamətində irəliləyişlərin davamlı olması lazım olduğunu və prosesin humanitar yardım təşkilatları ilə birlikdə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Əvvəlki açıqlamalarında Rifaha qarşı hərtərəfli hücuma qarşı olduqlarını bildirən Bayden mövqeyini təsdiqləyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ