Melkonyan: “Rusiyanın reaksiyası bizi maraqlandırmır”


“Əgər Ukrayna prezidenti Vladimir Zelenski Ermənistana gəlmək qərarına gəlibsə, o zaman biz onu qəbul etməliyik”. Mən başa düşmürəm ki, burada nə problem nədir?”.

Turkustan.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasından olan deputat Qaqik Melkonyan deyib.

Rusiyanın bu səfərə necə reaksiya verəcəyi ilə bağlı suala Melkonyan belə cavab verib: “Rusiyanın necə reaksiya verəcəyi bizi maraqlandırmır, bu, onun işidir. Biz yalnız öz dövlətimizin maraqlarını düşünürük, yalnız ölkəmizin maraqlarını rəhbər tutmalıyıq”. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ