Babilin asma bağları qədim dünyanın 7 möcüzəsindən biridir. Lakin bu memarlığın günümüzə qədər gəlib çatmış heç bir qalığı yoxdur.
Turkustan.az xəbər verir ki, İngilis tarixçisi Bettani Hyuz “Qədim dünyanın yeddi möcüzəsi” kitabında yazırdı ki, Babilə mütləq səfər etmiş iki qədim yunan tarixçisi Ksenofont və Herodot belə bir yerdən bəhs etməyiblər. Bəzi alimlər iddia edirlər ki, əgər bağlar nə vaxtsa mövcud olubsa, onlar indi İraqda olan Babildə deyil, Mosul yaxınlığındakı Assuriya imperiyasının paytaxtı Ninevada olub.
Antik dünyanın 7 möcüzəsindən biri olan Efes Artemida Məbədi və Halikarnas Mavzoleyi Türkiyədə yerləşir. Siyahıdakı 7 möcüzədən yalnız Misirdəki Xeops Piramidasının bu gün də ayaqda olduğunu ifadə edən Hughes, Babilin Asma Bağları xaricində bütün tikililərin bir zamanlar mövcud olduğuna dair dəlillərin olduğunu deyir.
Eltac/Turkustan.az