Makron: Rusiya sülh istəmir, vaxt qazanır


Fransa prezidenti Emmanuel Makron Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarla bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Makron bildirib ki, Rusiya sülh istəmədiyini göstərib və vaxt qazanmağa çalışır. X hesabı vasitəsilə açıqlama verən Makron ABŞ prezidenti Donald Trampla görüş keçirildiyini bildirib. O, deyib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynada atəşkəs tələbinə cavab verməməsi qəbuledilməzdir.

Britaniyanın baş naziri Keir Starmer isə deyib: “Əgər Rusiya danışıqlar masasına oturmaq istəmirsə, Putin bunun əvəzini ödəməlidir”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ