Bu strategiya ruslara işləmir, belə qələbə olmaz - Ortaqus


Qərbin Rusiya ilə müharibədə istifadə etdiyi "zəiflətmə yolu ilə" müharibə strategiyası işləmir və ABŞ Prezidenti Donald Tramp Ukraynada sülhün əldə olunmasına töhfə verməyə çalışır.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ liderinin xüsusi nümayəndəsinin müavini Morqan Ortaqus İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını şərh edərkən bildirib.

"Donald Tramp müharibədə olan iki tərəfi danışıqlar masasına gətirməyə çalışır. Dinləyin, bu müharibə davam edərsə, heç kim qalib olmayacaq. Əvvəlki Amerika administrasiyası ruslarla “zəiflətmə yolu ilə müharibə oyunu” oynamağa çalışırdı. Tarixdə heç kim bu yolla qalib gəlməyib. “Nə qədər lazımdırsa, o qədər" formulu heç vaxt qələbə strategiyası olmayıb. Bu, əvvəlki administrasiya üçün də qələbə strategiyası deyildi. ABŞ-ın Kiyevə yardım göstərilməsi planında bu ifadə istifadə olunurdu. Bu, əslində ruslara işləyən bir strategiya deyil", – deyə Ortaqus bildirib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ