Çin prezidentinin avtomobilinin atəş topu ilə vurdular - FOTO


Çin prezidenti Xi Jinping tərəfindən seçilən elektrik SUV modeli atəş topu ilə davamlılıq baxımından sınaqdan keçirilib. Alov topunun nəhəng kranın köməyi ilə avtomobilə tam sürətlə dəydiyi bir vaxtda avtomobilin kiçik dəliklərdən başqa heç bir zərər görməməsi hətta təcrübə aparan tədqiqatçıları belə təəccübləndirib.

Turkustan.az xəbər verir ki, Çin prezidenti Si Cinpinin rəsmi avtomobilləri kimi elektriklə işləyən SUV model avtomobillərə üstünlük verdiyi məlum olsa da, bunun səbəbi eksperimentlə daha aydın oldu. Cinpinqlə eyni avtomobili alan və atəş topu ilə dayanıqlıq testi edən çinli tədqiqatçılar, zərbədən sonra avtomobilin vəziyyətini görəndə heyrətə gəliblər.

Elektrikli avtomobilə üstünlük verən Çin prezidenti Si Cinpinin sürəti və vizual görünüşü ilə yanaşı dayanıqlığı ilə də seçilən vasitədən istifadə etməsi diqqət çəkir. Bu dayanıqlılığa maraq göstərən çinli tədqiqatçılar eyni avtomobili satın alaraq bir sınaq keçirdilər.

Tədqiqatçılar yüksəklikdən alovlu topu avtomobilin üzərinə atıblar və top avtomobilə dəydikdə şoka düşüblər. Maşının qapı hissələrində kiçik deşiklər və içəriyə doğru cüzi cızıqlar olsa da, nəqliyyat vasitəsi tam olaraq qalıb.

Hələ də istifadəyə yararlı olan nəqliyyat vasitəsinin o qədər güclü olması tamaşaçıları heyrətə salıb ki, ona dəyən top sərnişin oturacağındakı şəxsə belə zərər vurmayıb.

Çin Devlet Başkanı'nın aracına ateş topuyla sağlamlık testi! Deneyin sonuçları araştırmacıları bile şaşırttıÇin Devlet Başkanı'nın aracına ateş topuyla sağlamlık testi! Deneyin sonuçları araştırmacıları bile şaşırttıÇin Devlet Başkanı'nın aracına ateş topuyla sağlamlık testi! Deneyin sonuçları araştırmacıları bile şaşırttı

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ