Sarıqamış şəhidlərinin anım mərasimində FACİƏ: çox sayda yaralı var - VİDEO


Sarıqamış əməliyyatının 108-ci ildönümü tədbirləri çərçivəsində Qarsın Sarıqamış rayonundakı oteldə baş tutan sənədli filmin qala gecəsi zamanı zalın tavanı uçub.

Turkustan.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 10 nəfər yaralanıb.

Hadisə yerinə sağlamlıq, polis, xilasetmə, jandarma qrupları və çox sayda təcili yardım avtomobili sövq edilib.

İlk təsbitlərə görə, hadisə zamanı yüngül yaralanan 10 nəfər Sarıqamış Dövlət Xəstəxanasına aparılıb.

Hüseyn İbadlı

(publika.az)


MANŞET XƏBƏRLƏRİ