ABŞ prezidenti Donald Tramp yay vaxtının ləğvi ilə bağlı müzakirələrin fonunda Respublikaçı senator Tom Kottonu (Tom Cotton) yenidən sərt şəkildə tənqid edib.
Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında Senatda yay vaxtı rejimini daimi edəcək qanun layihəsinin qəbuluna mane olduğu üçün Kottonu hədəfə alıb.
ABŞ prezidenti qanun layihəsinin bütün amerikalılar üçün vacib olduğunu vurğulayaraq senatoru onun qarşısını almağı dayandırmağa çağırıb.
“Arkanzasda hər kəs ‘Tom Cotton çox vacib bir qanun layihəsini bloklayır’ mesajları göndərir və ştat sakinlərinə senatoru bunu etməyə məcbur etmələrini deyirlər”, – deyə Tramp bildirib.
Aytən Yaşar/ Turkustan.az