İranın paytaxtı Tehranda keçirilən hərbi təlimlərdə mülki şəxslərə uzun lüləli silahlardan, hava hücumundan müdafiə (HHM) və çoxsaylı raket sistemlərindən istifadə qaydaları öyrədilir.
Turkustan.az xəbər verir ki, ABŞ və İsrailə qarşı mübarizədə könüllü iştirakı təşviq etmək məqsədilə başladılan “Can Feda” (“Həyat uğrunda fədakarlıq”) proqramına qeydiyyatdan keçən vətəndaşlar İmam Hüseyn meydanında yaradılmış xüsusi ərazidə təlimlərə cəlb olunurlar.
Proqram çərçivəsində iştirakçılara müxtəlif silahlardan, çoxsaylı raket buraxıcılarından və HHM sistemlərindən istifadə qaydaları öyrədilir. Təlimlər şəhər şəraitində mümkün münaqişə ssenarilərinə hazırlığı da əhatə edir.
ABŞ-la gərginliyin davam etdiyi İranda qadın və kişilər həftənin altı günü ayrı-ayrılıqda hazırlıq keçirlər. Qadınlar həftədə üç gün, gündə üç saat məşq edir, kişilər üçün isə daha uzunmüddətli təlimlər təşkil olunur.
AYtən Yaşar/ Turkustan.az