ABŞ prezidenti Donald Tramp İranla razılıq əldə olunması istiqamətində aparılan danışıqlarda müsbət nəticələr əldə edildiyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp Respublikaçı senator Lindsey Graham üçün təşkil edilən telekonfransda çıxış edərək seçicilərə İranla bağlı proses barədə məlumat verib. O, ABŞ-ın danışıqlarda güclü mövqedə olduğunu və razılaşmanın yaxın zamanda yekunlaşa biləcəyini deyib.
“Bizim çox güclü komandamız var və düşünürəm ki, bu mübarizədə qalib gəlirik. Növbəti iki həftə ərzində tam qələbə elan etdiyimiz zaman həqiqətən qalib gəlmiş olacağıq”, – deyə Tramp bildirib.
ABŞ prezidenti həmçinin enerji bazarına toxunaraq benzin qiymətlərinin sürətlə aşağı düşəcəyini qeyd edib və seçiciləri Lindsey Graham-a dəstək verməyə çağırıb.
Aytən Yaşar/ Turkustan.az