Starmer: Britaniya İran limanlarının blokadasını dəstəkləmir!


Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirib ki, London ABŞ tərəfindən elan edilən İran limanlarının blokadasını dəstəkləmir.

Turkustan.az xəbər verir ki, o, bu barədə BBC Radio 5 Live-a verdiyi müsahibədə bildirib.

Starmerin sözlərinə görə, Böyük Britaniyanın səyləri Hörmüz boğazının açılmasına və enerji qiymətlərinin mümkün qədər tez endirilməsinə yönəlib.

“The Guardian” qəzetinin verdiyi məlumata görə, Starmer deyib: “Boğaz bağlı olduğu və ya naviqasiya üçün lazım olduğu kimi sərbəst olmadığı müddətcə, bu, neft və qazın bazara çıxmaması deməkdir, bu da qiymətlərin qalxması və hər kəsin daha yüksək enerji xərcləri ilə üzləşməsi deməkdir ” .

Baş nazirin sözlərinə görə, Böyük Britaniya xalqı ABŞ və İsrailin İrana qarşı "müharibəsində iştirak etməyib" və o, "bunun üçün pul ödəmələrini" istəmir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ