ABŞ İranın Hörmüz boğazını tam açması müqabilində 14 günlük atəşkəsə razılaşarkən, İranın boğaz üzərində nəzarətini və gəmi keçidi haqqını qəbul edib.
Turkustan.az xəbər verir ki, bu barədə “The Times of İsrael” nəşri məlumat yayıb.
Nəşr bildirib ki, Tehran Hörmüzdən keçən gəmilərdən 2 milyon dollar haqq almaq, bu vəsaiti Omanla bölüşmək və öz payını müharibədə dağıdılmış infrastrukturu bərpa etməyə yönəltmək hüququ əldə edib.
“Omanla birgə “təhlükəsiz keçid protokolu” yaradılır və bu, boğazın İran suveren ərazisi kimi idarə olunmasını saxlayır”, – məlumatda deyilir.
Qeyd edək ki, bu gecə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan edilib.
Xatırladaq ki, tarixən bu boğazdan keçid üçün heç bir rüsum ödənilməyib./Globalinfo.az