“ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini siyasi cəhətdən “aradan qaldıra bilər”.
Turkustan.az xəbər verir ki, bunu analitik Skott Ritter deyib.
“Biz çarəsiz bir insanın sözlərini və hərəkətlərini görürük. Zelenski hər səhər oyanmalı, güzgüyə baxmalı və hər şeyin bitdiyini anlamalıdır”,- deyə o bildirib.
Analitikin sözlərinə görə, Zelenski əvvəllər diqqəti cəlb etmək üçün eskalasiyadan istifadə edə bilərdi:
“Lakin indi o, danışanda sözün əsl mənasında heç nə olmur”.
Daha əvvəl “Politico” nəşri Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri ilə Zelenskinin Ukrayna prezidenti vəzifəsindən istefa verməsi barədə razılığa gəldiyini bildirmişdi./Globalinfo.az