İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisindəki obyektlərə və regionda yerləşən ABŞ hərbi bazalarına genişmiqyaslı hücumun başladığını elan edib.
Turkustan.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
SEPAH-ın bəyanatına əsasən, İran qüvvələri İsrailə və ABŞ-nin Yaxın Şərqdəki bazalarına "ən güclü və ən şiddətli hücuma başlayıblar".
Həmçinin qeyd olunur ki, İran regionda ABŞ-nin 20-dən çox bazasına, İsrail ordusunun komandanlıq binasına və Təl-Əvivdəki müdafiə kompleksinə zərbələr endirib. /bakupost.az/