Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya da istəsə, müharibə yay aylarına qədər başa çata bilər.
Turkustan.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ölkə mətbuatına müharibənin gedişi və sülh imkanları ilə bağlı açıqlamalar verib. Kiyev hökumətinin səylərinin təkcə müharibəyə son qoymaq üçün kifayət etməyəcəyini vurğulayan Zelenski qarşı tərəfin mövqeyinin qətiyyətli olacağını bildirib. Zelenski deyib: "Əgər təkcə Ukrayna tərəfi deyil, həm də Rusiya istəsə, yay aylarına qədər müharibəyə son qoya bilərik".
Zelenski gələcək Rusiya təcavüzünün qeyri-mümkün olacağına dair təhlükəsizlik zəmanətləri istədiklərini bildirib və əlavə edib: “Biz yalnız 'inanmaq' deyil, həm də gələcək Rusiya təcavüzünün qeyri-mümkün olduğuna və ya baş verərsə, tək olmayacağımıza və güclü müdafiəmizə sahib olacağımıza 'bilmək' istəyirik. Bunlar təhlükəsizlik zəmanətləridir”.
Zelenski bildirib ki, Vaşinqton tərəflər üçün müharibəni iyun ayına qədər bitirməyi hədəf kimi müəyyən edib və ABŞ prezidenti Donald Tramp hər iki tərəfə təzyiq göstərməyi planlaşdırır. Zelenski həmçinin Rusiya prezidenti Vladimir Putinin hansısa güzəştə getməyə məcbur edilə biləcəyinə inandığını bildirib.
Aytən Yaşar/ Turkustan.az