ABŞ-ın Maliyyə Naziri Skott Bessant bildirib ki, Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli halında, qlobal enerji qiymətlərini aşağı salmaq üçün ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv edə bilər.
Turkustan.az xəbər verir ki, o, bu barədə "Fox News" a verdiyi müsahibədə bildirib .
Bessent bildirib ki, "Sülh razılaşmalarına gəldikdə, neft qiymətlərində əhəmiyyətli dərəcədə azalma müşahidə edə bilərik".
Amerika maliyyə departamentinin rəhbəri izah edib ki, "Əgər Venesuela, İran və Rusiya ilə Ukrayna arasında razılaşma əldə olunarsa , Xəzinədarlıq Nazirliyi onlara qarşı sanksiyaları ləğv edəcək və çoxlu neft bazarlara daxil ola biləcək".
Aytən Yaşar/ Turkustan.az