Ermənistan parlamenti hərbi xidmətlə bağlı qanuna dəyişikliyi təsdiq edib.
Turkustan.az Modern.az-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, 27 yaşına çatan və bu vaxta kimi hərbi xidmət keçməkdən yayınmış şəxslər müəyyən məbləğ ödəməklə cinayət məsuliyyətindən yayınmaq imkanına malikdirlər.
Onlara 5 seçim təklif olunacaq:
- 2 il xidmət etmək;
- 1 il xidmət etmək və 2,5 milyon dram (6 200 dollar) ödəmək;
- 6 ay xidmət etmək və 5 milyon dram (12 400 dollar) ödəmək ;
- 1 ay xidmət etmək və 10 milyon dram (24 800 dollar) ödəmək ;
- Ümumiyyətlə hərbi xidmət etməmək və 15 milyon dram (39 400 dollar) ödəmək.