Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər - Paşinyan


Heç bir qüvvə İrəvanı Moskva ilə qarşıdurmaya sürükləyə bilməz.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Rusiya ilə münasibətlərə dair strateji baxışımızı bölüşmək istərdim. Bütün tərəfdaşlara bütün məkanlarda aşağıdakı mesajı çatdırırıq: Heç vaxt Rusiya Federasiyasına və ya onun maraqlarına zərər vermək gündəliyimiz olmayıb, yoxdur və olmayacaq da. Bu, mümkün deyil. Heç kim bizi Rusiyaya qarşı addım atmaq məntiqinə sürükləyə bilməyəcək", - deyə Ermənistan hökumətinin rəhbəri “İctimai Televiziya”ya verdiyi müsahibədə bildirib.

Bu kontekstdə o, Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustinlə çox yaxşı münasibətlər qurduğunu qeyd edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ