Avropadan Rusiyaya ağır zərbə: Yeni plan hazırlandı


Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketinə “Bashneft” şirkətini və səkkiz neft emalı zavodunu, o cümlədən “Tuapse” müəssisəsini daxil etməyi planlaşdırır.

Turkustan.az xəbər verir ku, bu barədə “Reuters” agentliyi Aİ diplomatik xidmətinə istinadla məlumat yayıb.

Plan üzrə Avropanln biznes elitasına, o cümlədən neft daşıyıcılarına, “Bashneft” və göstərilən zavodlarla hər hansı kommersiya əlaqəsi qurmaq qadağan ediləcək.

Qeyd edək ki, Avropa Komissiyası yeni sanksiya paketini 24 fevrala qədər təsdiqləməyi planlaşdırır. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ