Türkiyə-Ermənistan sərhəd keçid məntəqəsi AÇILIR


Türkiyə Ermənistanla sərhəd keçid məntəqəsinin açılışını sürətləndirib.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeşil İğdır Gazetesi" qəzeti yazır.

İğdır əyalətinin valisi Fırat Taşolar Alican sərhəd keçid məntəqəsində aparılan yenidənqurma və modernləşdirmə işlərini şəxsən yoxlayıb. O, səfəri zamanı işlərin hazırkı mərhələsi barədə ətraflı məlumat alıb.

Vali prosesin ən qısa müddətdə başa çatdırılmasının gözlənildiyini qeyd edib. O, işlərin intensiv şəkildə davam etdiyini və sərhəd keçid məntəqəsi üçün hazırlıqların yaxın gələcəkdə başa çatdırılmasının planlaşdırıldığını bildirib.

Nəşrdə sərhəd keçid məntəqəsinin müasir tələblərə uyğunlaşdırılması üçün ərazidə infrastruktur və texniki işlərin davam etdiyi vurğulanır. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ