Yayımlanan Epşteynin sənədləri arasında Fələstin əhalisinin sayının azaldılması səylərini ətraflı şəkildə əks etdirən bir səs yazısı ortaya çıxıb.
Turkustan.az xəbər verir ki, səsyazmada Ehud Barak Epşteynə deyir ki, o, İsrailin demoqrafik göstəricilərini dəyişdirmək üçün Putindən 1 milyon rus yəhudisi istəyib.
ABŞ-da pedofil şəbəkəsi idarə etməkdə ittiham olunaraq həbsxanada vəfat edən Ceffri Epşteynlə görüşün gizli səs yazısında İsrailin keçmiş baş naziri Ehud Barakın verdiyi açıqlamalar İsrailin demoqrafik göstəriciləri ilə bağlı müzakirələri yenidən alovlandırıb. Yayımlanan səs yazılarında Barakın Rusiya prezidenti Vladimir Putinə "daha bir milyon rus immiqrantı" üçün lobbiçilik etdiyi eşidilir .
Middle East Eye (MEE)-nin hesabatına görə, Barakın bu addımı İsrailin demoqrafik göstəricilərini kəskin şəkildə dəyişdirəcək və Fələstin əhalisinin təsirini azaldacaq.
Barakın açıqlamaları bir daha İsrailin İkinci Dünya Müharibəsi zamanı və sonrasında Avropadan yəhudiləri Fələstin ərazilərinə gətirmək və ərəb əhalisini etnik təmizləməyə məruz qoymaq siyasətinin dəyişməz qaldığını ortaya qoydu.
Aytən Yaşar/ Turkustan.az