Aİ-nin yeni viza strategiyası Türkiyə vətəndaşlarına təsir göstərməyəcək


Avropa Birliyi (AB) Komissiyası təklif etdiyi yeni viza strategiyasında Türkiyə vətəndaşlarına birbaşa təsir edən heç bir müddəanın olmadığını bildirib.

Turkustan.az xəbər verir ki, Avropa Komissiyasının sözçüsü Anadolu Agentliyinin müxbirinin 29 yanvarda elan edilən yeni viza strategiyası təklifi ilə bağlı suallarını cavablandırıb.
“Yeni elan edilən viza strategiyası 2013-cü ildən bəri Aİ ilə Viza Liberallaşdırma Dialoqu aparan Türkiyəyə necə təsir edəcək?” sualına cavab olaraq Aİ Komissiyasının sözçüsü “Viza strategiyasında Türkiyəyə birbaşa təsir edən heç bir şey yoxdur” cavabını verdi.

Aİ Komissiyasının sözçüsü həmçinin bildirib ki, viza strategiyası birbaşa heç bir ölkəni və ya coğrafi bölgəni hədəf almır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ