2025-ci ildə Rusiya dövlət büdcəsinin yarısına qədərini hərbi xərclərə ayırıb.
Turkustan.az xəbər verir ki, bu barədə Almaniya Federal Kəşfiyyat Xidməti məlumat yayıb.
Məlumata görə, Moskvanın faktiki müdafiə xərcləri rəsmi rəqəmlərdən 66% yüksəkdir və təxminən 250 milyard avroya bərabərdir, bu da ÜDM-in təxminən 10%-ni təşkil edir:
“Xərclərin əhəmiyyətli bir hissəsi digər büdcə maddələrində gizlədilir və təkcə Ukraynadakı müharibəyə deyil, həm də NATO sərhədlərində hərbi infrastrukturun gücləndirilməsinə xərclənir. Hərbi xərclərin artması artıq sosial xərclərin azalmasına və vergi yükünün artmasına səbəb olub”./axar.az