Tramp: Mən heç vaxt Epşteynin adasında olmamışam


ABŞ prezidenti Donald Tramp iddia edir ki, yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunaraq həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin yaşadığı adaya heç vaxt baş çəkməyib, lakin bir çox demokrat Epşteynə yaxın olub.

Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Tramp sosial media hesabında Epşteyn işi ilə bağlı yeni açıqlanan sənədlərə münasibət bildirib.

Tramp bildirib ki, "Mənim Ceffri Epşteynlə dostluq münasibətim olmayıb və Ədliyyə Nazirliyinin yeni açıqladığı məlumata görə, Epşteyn və Maykl Volf adlı saxtakar yazıçı mənə qarşı sui-qəsd hazırlayıblar".

Tramp, onu hədəf alan açıqlamalar verənləri məhkəməyə verəcəyini bildirərək, "Mən heç vaxt Epşteynin həşəratlarla dolu adasına getməmişəm, amma demək olar ki, bütün bu əyri Demokratlar və onların donorları getmişdilər" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ