İsrailin İrana mümkün hücumunun əsas məqsədi bu ölkənin silahlı qüvvələrinin vacib imkanlarını məhv etmək olacaq.
Turkustan.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə”yə müsahibəsində deyib.
"Düşünürəm ki, İsrailin əsas məqsədi İran ordusunun bəzi vacib imkanlarını məhv etmək olacaq", - deyə Fidan bildirib.
İsrailin İrandakı rejimi dəyişdirmək istəyinə münasibət bildirərkən o, qeyd edib ki, "onlar bunu etmək istəyə bilərlər, amma bacarıb-bacarmayacağı bəlli deyil".
"Bu, xarici hərbi müdaxilədən deyil, xalqdan asılıdır. İran xalqı müharibələr və xarici hücumlar zamanı, xüsusən də İsraildən gələn hücumlar zamanı həmişə öz liderlərinin ətrafında birləşir", - deyə XİN rəhbəri bildirib. /Axar.az/