İrana qarşı yenidən müharibəyə başlamaq yanlışdır.
Turkustan.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Əl-Cəzirə"yə müsahibəsində deyib.
Nazir ABŞ-yə İranla məsələləri bir-bir həll etməyi məsləhət görüb: "Əgər məsələləri daha dözümlü və qəbul ediləbilən hala gətirə bilsək, bunun faydalı olacağını düşünürəm".
İki ay əvvəl İranda olduğunu və iranlı həmkarı ilə açıq danışdığını xatırladan H.Fidan İranın regionda etimad yaratmasının vacibliyinə diqqət çəkib.
"Vəziyyətin region ölkələri tərəfindən necə izlənildiyinə diqqət yetirilməlidir. Çünki onlar heç yerə getmirlər, biz də heç yerə getmirik. Bu niyə önəmlidir? Çünki milli dövlətlər sistemi çərçivəsində ideologiyalarımıza, rejimlərimizə, məzhəblərimizə və digər bütün fərqliliklərimizə baxmayaraq, regionumuzda necə əməkdaşlıq edəcəyimizi və birlikdə necə işləyəcəyimizi bilməliyik", - deyə o vurğulayıb. /Report/