2023-cü ildə özünü buraxmış qondarma rejimin “nümayəndələri” yenidən toplanmağa başlayıblar.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, keçmiş qondarma rejimin “milli məclis“ində Qarabağa qayıdış mövzusunda “dinləmələr” keçirilib.
Tədbirə oyuncaq “parlament”in sədri Aşot Danielyan “rəhbərlik” edib.
Qeyd edək ki, ötən gün Ermənistanla Avropa İttifaqı arasında imzalanan sənəddə “ermənilərin Qarabağdan köçməsi” haqda maddənin yer almasından sonra belə bir “dinləmələr”in keçirilməsi diqqət çəkir.
Xatırladaq ki, Qarabağdakı erməni əhali könüllü şəkildə ərazini tərk ediblər. Onların bir qismi hətta Ermənistanda qalmaqda imtina edərək Avropaya köçüblər./Globalinfo.az