Londondan mühüm açıqlama: Müharibə belə bitməlidir


Ukrayna prezidenti Volodimir Zelenskinin bu gün Londona səfərinin gündəliyi açıqlanıb.

Turkustan.az "Bloomberg"ə istinadən xəbər verir ki, Böyük Britaniya Nazirlər Kabinetinin rəhbəri Pat Makfadden səfər zamanı əsas müzakirə mövzusunun sülh planı olacağını deyib.

Onun sözlərinə görə, danışıqların prinsipi Ukraynanın öz gələcəyini özü müəyyən etmək imkanına malik olması olacaq:

"Bu, həqiqətən də dönüş nöqtəsidir. Hamı müharibənin bitməsini istəyir, amma Ukraynaya gələcəkdə seçim azadlığı verən bir şəkildə bitməsini istəyir".

Makfadden həmçinin bildirib ki, bu, "müharibənin ədalətli sonu" və "Ukrayna üçün gələcəkdə təhlükəsizlik zəmanətləri" deməkdir.

Məlumata əsasən, Ukraynanın Avropa tərəfdarları qışda Kiyevi dəstəkləyə bilsələr, Rusiyanın iqtisadi problemlərinin gələn il daha da pisləşəcəyinə və Rusiya prezidenti Vladimir Putinin danışıqlardakı təsirini itirəcəyinə ümid edirlər. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ