Vatikanın prezidenti Papa XIV Leo Livana səfərinin son günündə paytaxt Beyrutda dəniz sahilində təşkil edilən ibadət mərasimində “birlik və sülh” mesajları verib.
Turkustan.az xəbər verir ki, Papa XIV Leo Livanı tərk etməzdən əvvəl Beyrutun sahil bölgəsində təşkil olunan mərasimdə minlərlə xristian qarşısında çıxış edib.
Proqrama Livan prezidenti Cozef Aun, parlamentin spikeri Nəbih Berri və baş nazir Navaf Salam da qatılıb.
Çıxışında Livan xalqının çətin günlər keçirdiyini qeyd edən Roma Papası ölkənin əvvəlki şöhrətini qaytarması üçün hər kəsin üzərinə düşəni etməli və “bütün səylər birləşməli” olduğunu bəyan edib.
Buna nail olmağın yolunun “qəlbləri tərksilah etmək”dən keçdiyini bildirən Papa, “Gəlin etnik və siyasi parçalanmalarımızın zirehlərini soyunub, dini inanclarımızı qarşılıqlı görüşlərə açaq və birləşmiş Livan arzusunu qəlbimizdə canlandıraq” dedi.
Papa XIV Leo çıxışının sonunda “sülhün və ədalətin hökm sürdüyü, hamının bir-birini qardaş kimi gördüyü Livana” çağırıb.
Aytən Yaşar/ Turkustan.az