Avropa ölkəsində dəmir yolunu kim partladıb? - Bütün ipucları Rusiyanı göstərir


Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış Moskvanı Ukraynaya gedən dəmiryol relslərini partlatmaqda ittiham edib.

Turkustan.az xəbər verir ki, nNoyabrın 16-da Mazovetski Voyevodalığının polisi Polşadan Ukraynaya gedən dəmiryol xəttinə ziyan dəydiyini bildirib.

Partlayış nəticəsində xəsarət alan olmayıb. Polşanın baş naziri Donald Tusk hadisə yerində partlayış baş verdiyini təsdiqləyib.

Kosiniyak-Kamış RMF FM-in efirində deyib: "Biz cinayətkarlar yaxalananda tam əminlik əldə edəcəyik. Polşa və Avropada baş verən bütün hadisələri təhlil etsək, bütün ipucları şərqə – Rusiyaya aparır”./publika.az


MANŞET XƏBƏRLƏRİ