Zelenski Putinin bu istəyini rədd etdi


Ukrayna Prezidenti Volodimir Zelenski ordusunun Qondarma Donetsk Xalq Respublikası (DXR) ərazisindən çıxarılması ehtimalını rədd edib.

Turkustan.az xəbər verir ki, o, bu barədə özünün Telegram kanalında yayımladığı videomüraciətdə bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Zelenskiyə yeni tələb irəli sürdüyü yazılmışdı.

“Oktyabrın 17-də ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı arasında keçirilən görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Zelenskiyə Rusiya lideri Vladimir Putinə Qondarma Donetsk Xalq Respublikasının (DXR) ərazisi ilə bağlı güzəştlərə razı olması üçün təzyiq edib. O, regionun əsasən rusdilli olduğuna diqqət çəkib” – deyə “Vaşinqton Post” bildirmişdi./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ