Türkiyənin ən böyük mason lideri tutuldu


Türkiyənin Bilgi Universitetinin keçmiş rektoru, professor Remzi Sanver saxlanılıb.

Turkustan.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

Sanverin “Can Holding”lə bağlı cinayət işi çərçivəsində saxlanıldığı bildirilir. Məlumata görə, professor 2023-cü ildən etibarən Türkiyənin ən böyük mason lojası hesab edilən Azad və Qəbul edilmiş Masonların Böyük Lojasının böyük ustadıdır.

Onun lojadakı bir nömrəli şəxs olduğu bildirilir.

Qeyd edək ki, Sanver həmçinin “Qalatasaray” futbol klubunun İdarə heyətinin keçmiş sözçüsüdür./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ