Vuçiç: Hamı müharibəyə hazırlaşır


Serbiya Prezidenti Aleksandar Vuçiç dünyada yeni müharibənin başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, Qlobal gərginliklərə işarə edən Vuçiç, “Hər kəs müharibəyə hazırlaşır. Əsas məsələ, kimin hansı tərəfdə olacağıdır”, – deyə bildirib.

Dövlət başçısı beynəlxalq münasibətlərdə dialoqun tükəndiyini vurğulayaraq, “Qorxuram ki, artıq heç kim heç kimi dinləmək və ya eşitmək istəmir. Onlar müharibənin gəldiyini bilə-bilə öz səngərlərini qazır və başlanğıcını gözləyirlər. Gözləyirlər və hazırlaşırlar”, – deyə qeyd edib.

Vuçiçin çıxışında Kosovonun müharibədən öncə vaxt udmağa çalışdığı da iddia olunub.

Kosovo Rəyasət Heyəti isə prezidentin açıqlamasına sərt reaksiya verib. Qurumun X (əvvəlki Twitter) hesabında yayılan bəyanatda bildirilir: “Vuçiç bütün dünyaya kompromis yoluna üstünlük vermədiyini nümayiş etdirir. Vuçiç və onun rejimi saysız-hesabsız günahsız həyatı məhv edən fantaziyalarla yenidən flört edir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ