HƏMAS-ın yazılı bəyanatında deyilir: "Hərəkatın Xəlil əl-Hayye başçılıq etdiyi nümayəndə heyəti atəşkəs, işğalçı qüvvələrin çıxarılması və əsirlərin mübadiləsi ilə bağlı danışıqlara başlamaq üçün Misirə gəlib".
Turkustan.az xəbər verir ki, bəyanatda səfərin müddəti və görüşlərin qrafiki barədə ətraflı məlumat verilməyib.
Misir Xarici İşlər Nazirliyi verdiyi açıqlamada, Misirin ABŞ prezidenti Donald Trampın planının bir hissəsi olaraq, məhbus mübadiləsi və Qəzzada müharibəyə son qoyulmasını müzakirə etmək üçün bazar ertəsi İsrail və Həmas nümayəndə heyətlərini qəbul edəcəyini açıqlayıb.
Bəyanatda qeyd olunub ki, dolayı danışıqlarda əsas diqqət yerdəki şəraitin yaxşılaşdırılması və bütün İsrail və Fələstinli məhbusların mübadiləsi ilə bağlı detalların müzakirəsi olacaq. “Ümid edirik ki, bu proses müharibənin sona çatmasına və Fələstin xalqının əzablarının azaldılmasına töhfə verəcək”, - bəyanatda deyilir.
Aytən Yaşar/ Turkustan.az