İran valyutasından dörd sıfır silinir


İran parlamenti uzun illərdir müzakirə olunan rialın denominasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Turkustan.az xəbər verir ki, yeni qərara əsasən, milli valyutadan dörd sıfır silinəcək və maliyyə əməliyyatlarının sadələşdirilməsi, eləcə də banknotların dövriyyə səmərəliliyinin artırılması nəzərdə tutulur.

Qanun layihəsi 262 deputatdan 144-nün lehinə, 108-nin əleyhinə səsi və 3 bitərəf səslə qəbul olunub. Yeni sistemə əsasən, 1 rial 10 000 hazırkı rial dəyərində olacaq. Yeni pul vahidi bir rialın yüzdə birinə bərabər tutulacaq. Köhnə və yeni əskinaslar üçillik keçid dövrü ərzində paralel şəkildə dövriyyədə qalacaq.

Qanun layihəsi ilk dəfə 2019-cu ildə hökumət tərəfindən irəli sürülüb, uzun müzakirələrdən sonra parlamentin dəstəyini qazanıb. Parlamentin iqtisadi komitəsinin sədri Şəmsəddin Hüseyni bildirib ki, məqsəd “əskinasları daha funksional etmək və maliyyə əməliyyatlarını asanlaşdırmaqdır”. Onun sözlərinə görə, çoxsaylı sıfırlar həm mühasibat uçotunu, həm də gündəlik əməliyyatları çətinləşdirirdi.

Bununla belə, Hüseyni vurğulayıb ki, denominasiyanın inflyasiyanı azaldacağı və ya iqtisadi problemləri həll edəcəyi gözlənilmir.

Ekspertlər isə hesab edirlər ki, rialın denominasiyası əsasən kosmetik xarakter daşıyır və İran iqtisadiyyatının struktur problemlərini aradan qaldırmaq üçün dərin islahatlara ehtiyac qalır. /modern.az/


MANŞET XƏBƏRLƏRİ