Mardan Qazaxıstana hücum etməyə çağırdı - FOTO


Rusiyalı təbliğatçı Sergey Mardan Orsk Neft Emalı Zavoduna dron zərbələri ilə bağlı xəbərlərdən sonra Qazaxıstana hücum etməyə çağırıb.

Turkustan.az xəbər verir ki, bu barədə o özünün "Telegram" kanalında yazıb.

"Orsk Neft Emalı Zavodu pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Ukrayna sərhədindən Orska qədər olan məsafə 1 400 kilometrdir. Dronların Qazaxıstandan buraxıldığı tamamilə aydındır. Beləliklə, sual yaranır: Rusiyanın milli təhlükəsizliyinə təhdidləri aradan qaldırmaq üçün "müstəqil" Qazaxıstan ərazisinə reyd keçirməyin vaxtı çatmayıbmı?" - deyə Mardan yazıb.

Düzdür, bir müddət sonra o, paylaşımını silsə də, Kremlin təbliğatçısının bu iddiaları birmənalı qarşılanmayıb./publika.az


MANŞET XƏBƏRLƏRİ