MHP Qrup sədr müavini və Manisa millət vəkili Erkan Akçay Manisa Jurnalistlər Cəmiyyəti sədri Önder Aydın və idarə heyətini ziyarət edib.
Turkustan.az xəbər verir ki, ziyarətdən sonra baş verənləri şərh edən Akçay, Prezident Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyasındakı çıxışında dünyanın hər yerində vicdanlı insanların hisslərini ifadə etdiyini və hər kəsi qürurlandırdığını bildirib.
“Bağlanacaq razılaşmalar hər iki ölkə üçün faydalı olacaq”
Erkan Akçay Ərdoğanın ABŞ Prezidenti Donald Trampla görüşünün Türkiyə üçün müsbət nəticələr verəcəyini vurğulayaraq deyib:
"Bu səfər və Ərdoğan-Tramp görüşü bizi gələcək günlər və illər üçün daha ümidli edir. Əldə olunacaq razılaşmalar hər iki ölkənin mənafeyinə xidmət edəcək. Burada ən önəmli məqam odur ki, bu görüşlər Türkiyənin sülh və əmin-amanlığın təmin olunmasında aparıcı rolunu dəstəkləməlidir. Bu baxımdan həm ümid edirik, həm də inanırıq."
Akçay əlavə edib ki, iki lider arasında baş tutan görüşün “terrordan azad Türkiyə” prosesinə də müsbət töhfə verəcəyinə inanır.
Aytən Yaşar/ Turkustan,az