Kreml Trampın kamera qarşısındakı çağırışına cavab verdi


Prezident Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında Ağ Evdə baş tutan 2 saat 20 dəqiqəlik zirvə görüşünü dünya anbaan izlədi.

Turkustan.az xəbər verir ki, yığıncaq əvvəli Oval Ofisdə mətbuat mənsublarının suallarını cavablandıran ABŞ prezidenti Tramp, xüsusilə Türkiyənin Rusiya ilə davam edən iqtisadi əlaqələrinə diqqət çəkdi.

Oval ofisdə Ərdoğana “Onun edə biləcəyi ən yaxşı şey Rusiyadan neft və qaz almamaqdır” dedi. Görüşdən sonra Tramp Ərdoğanın Rusiyadan neft almasını dayandıracağına inandığını bildirib. Amma o, Ərdoğanın görüş zamanı birbaşa belə bir öhdəlik götürüb-qoşmadığını açıqlamayıb.

Trampın Ərdoğana “Onun edə biləcəyi ən yaxşı şey Rusiyadan neft və qaz almaqdan çəkinmək olardı” çağırışı Rusiyada geniş rezonans doğurub. Kremlin Trampın Türkiyəyə müraciəti ilə bağlı verdiyi açıqlamada “Türk axını” və “Mavi axın” boru kəmərləri fəaliyyət göstərir və biz Türkiyə ilə əməkdaşlığı davam etdiririk”.

Bu arada məsələ ilə bağlı danışan Kremlin sözçüsü Dmitri Peskov, "Hər hansı bir məhsulun ticarəti Türkiyə tərəfinə fayda verərsə, Türkiyə buna davam edəcək" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ