İsrailin cavabı gecikmədi: Yəmən bomba yağışına tutuldu


İsrail ordusu Yəmənin paytaxtı Sənaya zərbə endirib.

Turkustan.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənaya növbəti hava zərbəsi endirib. İsrail mediasının məlumatına görə, hücum İranın dəstəklədiyi husilərin lideri Əbdülməlik əl-Husinin həftəlik çıxışı zamanı həyata keçirilib.

Məlumatlara əsasən, hücum Sənanın cənub ətrafında yerləşən bir kommunikasiya mərkəzi və toplantı zalını hədəfə alıb. Partlayış nəticəsində ərazidə olan bir neçə silahlının və mülki şəxsin yaralandığı bildirilir. Rəsmi olaraq ölənlərin sayı dəqiq açıqlanmasa da, yerli mənbələr ən azı 4 nəfərin yaralandığını iddia edir.

Qeyd edək ki, bu zərbə, dünən husilər tərəfindən İsrailin cənub bölgələrinə endirilən raket hücumundan sonra baş verib.

Təl-Əviv hücumun cavabsız qalmayacağını bəyan etmiş və “Yəməndən İsrailə qarşı istənilən təhdid dərhal neytrallaşdırılacaq” açıqlamasını vermişdi. İsrailin bu addımı bölgədə gərginliyi bir qədər də artırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ