Ermənistanın baş naziri Nikol Paşinyan Ankara ilə fəal dialoqda olduqlarını və yaxın gələcəkdə Türkiyə ilə quru əlaqəsi olacaqlarını bəyan edib.
Turkustan.az xəbər verir ki, Paşinyan lideri olduğu Mülki Müqavilə Partiyasının qurultayındakı çıxışında cari məsələlərlə bağlı açıqlamalar verib.
Ermənistanla Azərbaycan arasında sülh sayəsində tarixin tamamilə yeni mərhələsinin başladığını bildirən Paşinyan 1 il 7 ay ərzində Ermənistan-Azərbaycan sərhədində bir nəfər də olsun erməni əsgərinin ölmədiyini və yaralanmadığını qeyd edərək, “Bu, sülhdür” deyib.
Sülhün ikitərəfli proses olduğunu vurğulayan Paşinyan, “Nəticəyə gəlmək üçün əvvəlki dövrün əsas məqamlarına qayıtmaq lazımdır, əks halda tarix yarımçıq qalacaq” deyib.
Azərbaycanın Qarabağ bölgəsindən gələn ermənilərə münasibət bildirən Paşinyan “Bu insanlar bizim dəstəyimizlə öz qaçqın statuslarını Ermənistanın qürurlu vətəndaşlığı ilə dəyişdirməlidirlər” deyib.
Aytən Yaşar/ Turkustan.az