Papa XIV Leo Qəzzada fələstinlilərin qorxu və qəbuledilməz şəraitdə sağ qalmağa çalışdıqlarını ifadə edərək, dərhal atəşkəs və beynəlxalq humanitar hüquqa riayət olunmasını istəyib.
Turkustan.az xəbər verir ki, çərşənbə günü Vatikanda Müqəddəs Pyotr meydanında ümumi qəbul iclasını keçirən katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa XIV Leo İsrailin hücumu altında olan Qəzzada baş verənləri dəyərləndirib.
Papa XIV Leo, "Qəzzadakı Fələstin xalqına dərin hüznlə başsağlığımı bildirirəm. Onlar qorxu içində və qəbuledilməz şəraitdə sağ qalmağa davam edirlər. Onlar öz torpaqlarından didərgin düşürlər" dedi.
Papa Qəzza ilə bağlı çıxışında “Öldürmə” əmrini verən Uca Allahın hüzurunda və bütün bəşər tarixinin işığında hər bir insanın toxunulmaz bir ləyaqəti var ki, ona həmişə hörmət edilməli və qorunmalıdır.
Papa XIV Leo çıxışını belə davam etdirdi:
"Atəşkəs, girovların azad edilməsi, danışıqlar yolu ilə diplomatik həllin əldə edilməsi və beynəlxalq humanitar hüquqa tam əməl olunması üçün çağırışımı bir daha təkrarlayıram. Hər kəsi sülh və ədalətin tez şəfəqinin açılması üçün səmimi duama qoşulmağa dəvət edirəm".
Papanın sözləri meydana toplaşan minlərlə insan tərəfindən alqışlarla qarşılanıb.
O, dünən Qəzza zolağındakı Müqəddəs Ailə Kilsəsinin keşişi Qabriel Romanelliyə zəng edərək bölgədə baş verən hadisələrdən narahatlığını bildirib.
Aytən Yaşar/ Turkustan.az