Politico: Aİ ruslara qarşı viza siyasətini sərtləşdirmək niyyətindədir


Avropa İttifaqı Rusiya vətəndaşlarına viza verilməsi ilə bağlı mövqeyini sərtləşdirməyə hazırlaşır.

Turkustan.az xəbər verir ki, bu barədə “Politico” qəzeti Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ilin sonuna qədər Aİ bloka daxil olan ölkələr üçün ruslara vizaların verilməsi ilə bağlı daha sərt tövsiyələri özündə əks etdirən yeni reqlamentlər dərc edəcək.

Qeyd olunur ki, Avropa Birliyinin şərq ölkələri bu cür məhdudiyyətlərin qəbulu üçün uzun müddətdir lobbiçilik ediblər. Bununla belə, vizaların verilməsi Aİ-yə üzv ölkələrin səlahiyyətində qalır, ona görə də Avropa Komissiyası Rusiya vətəndaşlarının bloka daxil olmasına tam qadağa qoya bilməz. Nəticədə viza siyasətləri üzv dövlətlər arasında çox fərqlidir.

Avropa İttifaqının son məlumatlarına görə, 2024-cü ildə Rusiya vətəndaşlarına Aİ ölkələrinə və digər Şengen ölkələrinə, o cümlədən İsveçrəyə səyahət etmək üçün təxminən 542 min qısamüddətli viza verilib. Bu, 2023-cü illə müqayisədə təxminən 20% çoxdur, lakin 2019-cu illə müqayisədə xeyli azdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ